Monako 20 ildir ki, Formula 1-in səsinə dözür

Səs o qədər yüksəkdir ki, köhnə binaların şüşələrinin sınmaması ehtimalı 1 faizdir.
"Formula 1" yarışı
"Formula 1" yarışı

Formula 1 yarışlarının səsi hətta o qədər yüksəkdir ki, səsdən qulaq tutulur. Evin içərisində oturan insanlar bir-birini belə eşitmir. Səs o qədər güclüdür ki, maşınlar keçən zaman  bəzən güclü zəlzələnin olduğunu düşünürsən. Amma Monako 20 ildir ki, bu oyunları keçirir.

20 illik təcrübəyə malik olan bu şəhərdə, demək olar ki, oyunları keçirmək üçün hər cür şərait yaradılıb. Trek boyu ancaq hündürmərtəbəli binalara rast gəlmək mümkündür. Bir dənə də olsun köhnə bina yoxdur. Çünki yeni tikilən binalar hər cür təhlükəyə uyğunlaşdırılır. Ən əsas da formula bir yarışmalarına. Yerli sakinlərlə apardığımız sorğu zamanı bildirdilər ki, Monako varlı şəhər olduğundan burada olan mənzillərin çoxunda yaşayış yoxdur. Həmin ev sahibləri şəhərdən kənarda yaşayır. Amma oyunlar ərəfəsində yarışlara tamaşa etmək istəyənlərə evlərini kirayə verənlər də tapılır.

Şəhərin səs-küyündən canını qurtarmaq istəyənlər isə 3 gün müddətində şəhərdən uzağa köçür. Oyunların səsindən xoşu gəlib həzz alanlar isə bu oyunları səbirsizliklə gözləyirlər.

Əgər düşünsək ki, təxminən 20 gündən sonra bu oyunlar Azərbaycanda baş tutacaq - o zaman vəziyyət bir qədər mürəkkəbdir. Çünki Bakı qədim şəhər olduğundan qədim binaları ilə də zəngindir. İndi bu oyunları bizdə düşünək. O yüksək səsə bu köhnə binalar tab gətirəcəkmi? Ya insanlar bu səsə hazırdırmı? Səs o qədər yüksəkdir ki, köhnə binaların şüşələrinin sınmaması ehtimalı 1 faizdir. Bu, məsələnin bir tərəfi. Məsələnin başqa tərəfinə nəzər salaq. Bu səsdən ürək-damar xəstəliyi olan insanlar ölə də bilər. Əgər mənzillərdə uşaqların, yaşlı insanların, xəstələrin olduğunu düşünsək, o zaman vəziyyətin nə qədər çətin olduğunu deməyə əsas verər. Azərbaycanda isə bu sahədə görülən tədbirlərin az olduğunu düşünsək, o zaman xoşagəlməz hadisələrdən heç kim sığortalanmayıb.

Formula 1 Monako