Mourinyonun istədiyi 14 yaşlı türk

Gənc futbolçu "Mançester Yunayted"dən təklif alıb.
Joze Mourinyo
Joze Mourinyo

İspaniyanın "Valensiya" klubunun aşağı yaş qrup komandalarında çıxış edən Ferhat Çoğalan Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

ANS PRESS-in məlumatına görə, türk futbolçunu "Mançester Yunayted", "Arsenal", "Yuventus", "Bavariya", "Borussiya" (Dortmund) kimi nəhəng klublar istəyir. Gənc istedadla Joze Mourinyo ciddi maraqlanır və onu komandaya qoşmağa israrlıdır.

Ferhat Çoğalan
Ferhat Çoğalan

Artıq 14 yaşlı futbolçu "Mançester Yunayted"dən təklif alıb. Mançesterə yollanacaq Fərhad komandanın məşqlərində iştirak edəcək. Xəbəri təsdiqləyən futbolçunun atası müqavilə bağlamaq üçün tələsmədiklərini bildirib: "Biz heç nəyə görə tələsmirik. Çünki Fərhadın 2021-ci ilə qədər "Valensiya" ilə müqaviləsi var. Amma "Mançester Yunayted" kimi bir klubun təklifini, təbii ki, dəyərləndirəcəyik".

Ötən il dekabrın 16-da "Çelsi"dən ayrılan Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyer Liqanın və Liqa Kubokunun qalibi etmişdi.

Lakin cari mövsümdə komanda uğursuz çıхış edir. Bunun nəticəsidir ki, "Çelsi" 16 turdan sonra 15 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Premyer Liqadan fərqli olaraq Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.

 

Şərhlər