"Qarabağ": "Qəbələ"dən "Qəbələ"yədək

Ağdam klubu 6 oyundan sonra məğlubiyyət acısı yaşayıb
"Qarabağ"ın qələbə seriyası qırılıb. ANS PRESS-in məlumatına görə, Ağdam klubu 6 oyundan sonra məğlubiyyət acısı yaşayıb.

"Qarabağ" Premyer Liqanın XXIV turunda doğma meydanda "Qəbələ"yə yenilib - 0:1. Maraqlıdı ki, Qurban Qurbanovun yetirmələri sonuncu məğlubiyyəti də məhz bu komandadan almışdı. XVI turun dekabrın 14-ə təsadüf edən oyununda 1:2 hesabı ilə yenilən ağdamlıları 76 gündən sonra yenə "Qəbələ" məyus edib.

"Qarabağ" "Qəbələ"yə ötən ilin 14 dekabrındakı məğlubiyyətdən sonra "Xəzər Lənkəran", "Sumqayıt", "Bakı", AZAL, "Simurq" və "Neftçi"ni məğlub edib.

XVII Xəzər Lənkəran - Qarabağ 2:3
XVIII Qarabağ - Sumqayıt 2:0
XX Qarabağ - Bakı 4:1
XXI AZAL - Qarabağ 0:1
XXII Qarabağ - Simurq 1:0
XXIII Neftçi - Qarabağ 0:1