Azərbaycanlı idmançı Qroznıda qələbə çaldı

Zabit Səmədov Pol Slovinskini məğlub etdi
Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov Qroznıda keçirilən döyüş axşamı çərçivəsində döyüşçü Pol Slovinski üzərində qələbə qazanıb.

ANS PRESS-in məlumatına görə, döyüş Çeçenistanın paytaxtı Qroznıda "Kolizey" idman kompleksində baş tutub. Döyüş axşamında ümümilikdə 10 döyüş keçirilib, onlardan 7 - MMA-ya görə, 3 isə K-1 görə baş tutub.

Axşamın əsas görüşü revanş kimi qiymətləndirilib. Zabit Səmədov hələ 2007-ci ildə Niderland krallığının paytaxtı Amsterdamda Qran-Pri K-1 zamanı Pol Slovinski ilə üz-üzə gəkmişdi, lakin o zamanSəmədovun Slovinskini nokdauna göndərməsinə baxmayaraq qələbə avstraliyalı idmançının olmuşdu.


Görüşün əsas anları


Zabit Səmədov son illər ərzində üçüncü dəfədir ki, Qroznıda rinqə çıxıb. Ötən ilin iyulunda o, Qroznıda alman Stefan Lekonu, avqustda isə bosniyalı Cevad Poturakı məğlub edib.

"Mauqli" ləqəbli idmançı Çeçenistan lideri Ramzan Kadırovla da rinqə çıxıb, onunla əlbəyaxa olub.

Azərbaycanlı idmançı ilə dost olan Ramzan Kadırov Zabitin bu dəfə ki qələbəsindən sonra onu təbrik edənlər arasında birinci olub. Respublika başçısı Səmədovu həmçinin şəxsi "İnstagram" səhifəsində də təbrik edib.

Ассаламу алайкум! Мне звонят друзья из регионов России и других стран. Поздравляют с победой дорогого БРАТА Забита Самедова! Всем благодарен! Бой явился украшением Международного турнира "Грозная Битва-13"! Забит "Маугли" Самедов (Клуб "Ахмат") одержал блестящую победу над австралийцем польского происхождения Полом "Жало" Словински. Реванш восемь лет спустя! Яркий, убедительный, красивый, с достойным отношением к сопернику, который, действительно, заслужил этого! Забит по уровню мастерства давно был готов к этому бою. Вечер показал, что он отлично подготовился и морально, психологически и, самое главное, духовно! Поздравляю, Забит! Также поздравляю всех поклонников в Азербайджане, России, Белоруссии, да и во всём мире! Воистину, спорт посол мира! #Кадыров #Самедов #Словински #Россия #Чечня #КлубАхмат #ГрознаяБитва13 #Азербайджан #Белоруссия

A video posted by Аллах Велик!!! (@kadyrov_95) on




Zabit Səmədov isə öz növbəsində şəxsi səhifəsində Ramzan Kadırova bahalı hədiyyəyə görə təşəkkürünü bildirib.