7 pəhləvanımız finalda (VİDEO)

Güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi start götürüb.
Bakı İdman Sarayında Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb.

ANS PRESS-in məlumatına görə, turnirin ilk günü sərbəst güləşçilər mübarizəyə qatılıblar.

Turnirdə ölkəmizi təmsil edən sərbəst güləşçilərimizdən 7-si turnirin finalına yüksəlib. 6 pəhləvanımız isə bürünc medal uğrunda döyşək üzərinə çıxacaqlar.

Finalçılara gəlincə, 61 kq. çəki dərəcəsində Hacı Əliyev finala yüksəlib. Güləşçimiz yarışa 1/8 final mərhələsindən qatılıb və ardıcıl olaraq Yaponiya, Gürcüstan, Rusiya güləşçilərini mübarizədən kənarlaşdıraraq, finala yüksəlib. Finalda isə Hacı Əliyev İran təmsilçisi İmam Sadikauka ilə qarşılaşacaq.

70 kq çəki dərəcəsində isə finalda Toğrul Əsgərov özbəkistanlı Bekzod Abdulraşidov ilə güləşəcək. Toğrul Əsgərov yarışa 1/4 finaldan qatılıb və ardıcıl olaraq yaponiyalı və türkiyəli pəhlivanları yarışdan kənarlaşdırıb.

74 kq-da Cəbrayıl Həsənov finalda rusiyalı Xetik Tçabolovla üz-üzə gələcək. 86 kq çəki dərəcəsində isə sözün əsl mənasında Azərbaycan finalı yaşanacaq, beləki təmsilçilərimiz Aleksandr Qostiyev və Nurməhəmməd Hacıyev ən güclünün adına aydınlıq gətirəcəklər.

97 kq-da finalda Şərif Şərifov Gürcüstan təmsilçisi Elizbar Otikadze ilə üz-üzə gələcək. 125 kq çəki dərəcəsinin finalında isə Cəmalləddin Məhəmmədov güləşəcək.


The #GGPBaku kicks off in a few hours! Check out UnitedWorldWrestling.org for livestream, photos and videos of all the action!

Posted by United World Wrestling on 26 ноября 2015 г.


Bürünc medal uğrunda mübarizə aparacaq pəhləvanların adlarına gəlincə,
57 kq: Pərviz İbrahimov - Otari Qoqava ( Gürcüstan), Mahir Əmiraslanov - Camal Otarsultanov ( Rusiya)
65 kq: Teymur Məmmədov - Antoni Montero ( Venesuela), Ağahüseyn Mustafayev - Soslan Romanov ( Rusiya)
70 kq: Hacımurad Ömərov - Sjeza Arkadius ( Polşa)
97 kq: Aslanbek Alborov - Bergman ( ABŞ)

Final görüşləri saat 17:00-da başlayacaq.