6 yaşlı istedadlı azərbaycanlı idmançı Avropanı mat qoydu

Şahmatçımız özündən böyüklər ilə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazanıb.
Ziya Məmmədov şahmat üzrə 7 yaşlılar arasında Avropa çempionu olub.
Ziya Məmmədov şahmat üzrə 7 yaşlılar arasında Avropa çempionu olub.

Azərbaycanın 6 yaşlı istedadlı şahmatçısı Ziya Məmmədov 7 yaşlılar arasında Avropa çempionu olub. ANS PRESS-in məlumatına görə, şahmatçımız özündən böyüklər ilə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazanıb.

Gənc yetənək 7 oyunda qalib gəlib və 2 qarşılaşmanı heç-heçə ilə başa vurub. Avropa çempionatı Yunanıstanın Halkidiki şəhərində keçirilib.

Turnirin ikinci pilləsində İngiltərə millisinin bayrağı altında çıxış edən Royal Şiraz olub.  Üçüncü pillədə isə Rusiyadan Vetoxin Savva qərarlaşıb. İlk onluqda Türkiyədən 4 şahmatçı yer tutub.

 

Şərhlər