Millimiz Qazaxıstanda qızıl "axtaracaq"

Yarışlar mayın 13-də başlayır.
Сüdoçularımız Avropa çempionatında bürünc medal qazandı.Arxiv
Сüdoçularımız Avropa çempionatında bürünc medal qazandı.Arxiv

Qran-pridə 98 ölkədən 593 cüdoçunun iştirakı planlaşdırılır.

Cüdo üzrə Azərbaycan millisi Bakıda keçiriləcək "Böyük dəbilqə”nin ardınca yenidən ölkəni tərk edəcək. ANS PRESS-in məlumatına görə, yığmamız Qazaxıstanın Almatı şəhərində baş tutacaq Qran-pri turnirinə qatılacaq.
 
Baş məşqçimiz Peter Zayzenbaher Asiyada 14 idmançını sınaqdan çıxaracaq. O, Rioya lisenziya xalı verəcək yarış üçün Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, İlkin Babazadə (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Əbdulhaqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+ 100 kq) və Aişə Qurbanlını (48 kq) sifariş edib.

Cüdo üzrə Azərbaycan millisi
Cüdo üzrə Azərbaycan millisi

Mayın 13-15-də keçiriləcək Qran-pridə 98 ölkədən 593 cüdoçunun iştirakı planlaşdırılır. Aprelin 24-də Azərbaycanın kişi cüdoçulardan ibarət milli komandası tarixi nailiyyətə imza atıb. Cüdoçularımız Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında komanda yarışlarında bürünc medal qazanıblar. 

Cüdoçularımız əvvəlcə Latviya millisini 4:1 hesabı ilə məğlub edib.Polşa yığmasına 2:3 hesabı ilə uduzan milli komandamız təsəlliverici görüşlərə qatılıb. Burada Yunanıstan cüdoçularına qalib gələn idmançılarımız bürünc medal uğrunda görüşdə Fransa milli komandası ilə qarşılaşıblar. Əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan cüdoçuları rəqibinə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medallarına sahib olublar. Digər "bürünc"ə Polşa yığması sahib olub.  Finalda isə Rusiya və Gürcüstan üz-üzə gəlib. Gürcüstan yığması qələbə qazanaraq Avropa çempionu olub.