Azərbaycanlı Qazaxstana DÇ-nin qızılını qazandırdı (FOTO)

Vaxtı ilə Azərbaycanı təmsil edən ağır atlet Qazaxstan üçün qızıl medal qazanıb.
ABŞ-ın Hyuston şəhərində ağır atletika üzrə Dünya Çempionatı keçirilir.

ANS PRESS-in məlumatına görə, 77 kiloqramda çıxış edən kişi ağır atletlərin mübarizəsində toplamda 372 kiloqram ağırlığı ram edən Qazaxstan təmsilçisi olan həmyerlimiz Nicat Rəhimov mundialın qızıl medalını qazanıb.


Nicat Rəhimov təltif etmə mərasimində

Nicat Rəhimov 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Rəhimov 2013-cü ildə isə Gənclər arasında keçirilən Dünya Çempionatının gümüş medalını qazanıb. Ağır atlet ötən ilin fevralında Qazaxstanı təmsil etmək istədiyini bildirib.

Hyustonda keçirilən Dünya Çempionatında təmsilçimiz Boyanka Kostova mundialın qızıl medalını qazanıb. Kostova həm də Dünya rekordunu təzələyib.