Azərbaycanlı idmançı Avropa çempionu oldu

Zədələrə baxmayaraq Fərəc Cəlilov pauerliftinq üzrə birinci yerə çıxıb.
Fərəc Cəlilov Pauerliftinq üzrə Avropa çempionu oldu
Fərəc Cəlilov Pauerliftinq üzrə Avropa çempionu oldu

Azərbaycanlı idmançı Avropa çempionu olub. ANS PRESS-in məlumatına görə, Böyük Britaniyanın Stouk-on-Trent şəhərində keçirilən pauerliftinq üzrə Avropa çempionatında gərgin mübarizəyə və ciddi zədələrə baxmayaraq soydaşımız Fərəc Cəlilov birinci yerə layiq görülüb.

Fərəc ölkəmizi 90 kq çəki dərəcəsində təmsil edərək “squat” hərəkətində 250 kq, “bench-press” 190 kq, “deadlift” 310 kq qaldırıb 750 kq ümumi nəticə ilə Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində ucaldıb. 

Yarışda 22 ölkə, 500-ə yaxın idmançı iştirak edib. Azərbaycan Pauerliftinq yığmasının üzvü Fərəc Cəlilov 2012-ci ildə gənclər arası pauerliftinq üzrə hətta mütləq Avropa və Dünya Çempionu titulunu qazanıb və Dünya rekorduna imza atıb.