Azərbaycan ağır atletika üzrə dünya rekordunu yenilədi (VİDEO)

Boyanka Kostova dünya çempionu titulunu qazandı.
Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən ağır atletika üzrə olimpiya lisenziyali dünya çempionatının üçüncü yarış günü komandamız hesabına ilk qızıl medalını yazdırıb.

ANS TV-nin məlumatına görə, bu uğuru komandamıza 58 kq-da Mundial ölkəmizin şərəfini qoruyan, qadın ağırlıq qaldıran Boyanka Kostova-Minkova qazandırıb.

Cari mövsüm Avropa Çempionatında hamıdan güclü olan ağır atletimiz Mundialda da rəqiblərinə yuxarıdan aşağı baxıb. Birdənqaldırmada Boyanka ikinci cəhddən 109 kq-ğ ağırlığı ram edib.

Çinli dünya çempionu Ben Mujunq isə bu növdə çıxışını 108 kq-la bitirib. Atletimiz birdənqaldırmada birinciliyi özünə təmin etsə də, üçüncü cəhdində rekordu yeniləmək qərarına gəlib. Boyankanın 112 kq-lıq ştanqa yaxınlaşması uğurlu alınıb. Çəkini çox rahatlığla başı üzərinə qaldıran Boyanka Kostova Minkova adını tarixə yazıb.


Boyanka Kostova-Minkova

Təkanla qaldırmada da idmançımızın körpücük üzərində əsas rəqibi Çin ağır atleti olub. Boyanka ilk cəhdində 136 kq ağırlığı başı üzərinə qaldırıb. Çinli atletin 137 kq-lığ ağırlığına cavab olaraq Boyanka sifariş etdiyi 140 kq-lıq ştanqı üçüncü cəhdində başı üzərinə qaldıraraq toplamda yeni dünya rekordu müəyyən edib. Boyanka Kostova Minkova toplamda 252 kq-lıq çəkini ram edərək digər Çen Yan Tsinin 9 il əvvəl Dohada müəyyən etdiyi dünya rekordunu 1 kq təzəliyərək Çinin Qlobal dominantlığına son qoyub.

Bu uğuru sayəsində Boyanka Kostova Minkova 58 kq çəki dərəcəsində komandamıza dünya çempionatının qızıl medalı ilə yanaşı, qızıl xallarını da qazandırıb. Ağır atletikada olimpiya oyunlarına lisenziya komanda hesabında qazanılır. Bir gün öncə körpücük üzərinə çıxan Valentin Xristovun mundialdan qazancı bürünc medal olmuşdu.