"Qəbələ"nin məşqçisi: "Yaman narahat idim"

Qriqorçuk futbolçularından razı qalıb
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" ikinci təsnifat mərhələsinin cavab oyununda Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, "Bakcell Arena"da baş tutan qarşılaşmada təmsilçimiz səfərdəki məğlubiyyətin əvəzini çıxa bilib - 2:0.

Oyundan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini açıqlayıb:"Azarkeşlərə bizə sona qədər dəstək etdiyi üçün onlara təşəkkür edirəm. Bu, bizə çox lazım idi. Əla atmosfer var idi. Düzü, bu baxımdan yaman narahat idim.
Növbəti oyuna qədər güclənməyə çalışacağıq. "Apollon"la oyuna qədər yeni futbolçu sifariş verə bilərik. Bu gün bizim vəziyyətimiz yaxşı futbol sərgiləmək üçün normal idi. Bu gün mənim üçün xoş olan o idi ki, meydanda komanda var idi. Düzdü, taktiki cəhətdən bəzi şeylər alınmasa da, futbolçularımdan razı qaldım".



"Qəbələ" baş məşqçisi Roman Qriqorçuk

"Qəbələ" tarix yazdı

"Qəbələ"nin növbəti rəqibi bəlli oldu