Mourinyo "Məşhurların qatili"ni istəyir

Bu məqsədlə 65 milyon avro təklif olunacaq.
Joze Mourinyo
Joze Mourinyo

"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyonun hədəfində olan daha bir ulduz futbolçu müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, portuqaliyalı mütəxəssis "Arsenal"dan Aaron Ramseyi heyətə qatmaq istəyir.

"Mançester Yunayted"in bu mövsüm üçün transferdəki bir nömrəli hədəfi Aaron Ramseydir. Mourinyonun onun üçün qarşı tərəfə 65 milyon avro təklif edəcəyi bildirilir.

Aaron Ramsey
Aaron Ramsey

Uelsli futbolçu Aaron Ramsey 2008-ci ildən "Arsenal"da çıxış edir. "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub.

Ramsey 2015/16 mövsümündə 44 rəsmi oyuna çıxıb və 6 qol vurub. Onu da qeyd edək ki, Aaron Ramsey "məşhurların qatili" adlandırılır. Belə ki, uelsli futbolçu hər dəfə qol vurduqda təsadüfən dünyada hansısa məhşur şəxs vəfat edir.

"Mançester Yunayted"in yeni baş məşqçisi portuqaliyalı Joze Mourinyodur. Klub son üç mövsüm heç də yaxşı dövrünü yaşamır.

Əfsanəvi məşqçi ser Aleks Ferqüsson komandadan ayrılandan sonra klub zəif çıxış etməyə başlayıb. Ötən mövsüm "Mançester Yunayted" İngiltərə çempionatının turnir cədvəlində 5-ci pillədə qərarlaşaraq Çempionlar liqasına vəsiqə qazana bilməyib.

 

Şərhlər