Azarkeşlər Rusiya Millisinin ləğv edilməsini istəyir

Tərəfdarlar yeni heyətin yığılması üçün prezidentə petisiya ünvanlayıb.
Rusiya yığmasının azarkeşləri
Rusiya yığmasının azarkeşləri

Rus azarkeşlər Futbol üzrə Milli komandanın ləğv olunmasını istəyirlər. Bu məqsədlə "Change.org"  saytında petisiya da təşkil olunub.

ANS PRESS-in məlumatına görə, petisiya Rusiya Federasiyasının prezidentinə və Dumaya ünvanlanıb. Azarkeşlər millinin "Avro-2016" da uğursuz çıxışını nəzərə alaraq, cari heyətin ləğvini tələb edir. Yeni heyətin yığılmasını təklif edən azarkeşlərin sayı artıq 50 mini keçib.

Yeni futbolçulara ödəniləcək maaşlar da indikindən aşağıdır. Azarkeşlər qalıq pulu yeniyetmə futboluna xərclənməsini tələb edir.

Petisiya
Petisiya

Bir neçə gün öncə Rusiya Futbol Yığmasının baş məşqçisi Leonid Slutskiy postunu tərk edəcəyini ictimaiyyətə bildirib. İdman ustasının dediyinə görə, rus millisinin "Avro-2016"da hansı nəticəni əldə edəcəyindən asılı olmayaraq artıq bu vəzifəni icra etməyəcək.

Ölkənin futbol ittifaqı artıq baş məşqçi postuna namizədləri gözdən keçirməyə başlayıb. 45 yaşlı mütəxəssis 2015-ci ilin avqust ayından milliyə rəhbərlik edir. Slutskinin məşqçilik etdiyi futbol yığmasının "Avro-2016"da iştirakı elə də ürəkaçan alınmayıb.

 

Şərhlər