Sərbəst güləşçilərimizin İstanbul uğuru

Güləşçilərimiz Vurğun Əliyev və Murad Süleymanov bürünc medal qazanıblar.
Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

ANS PRESS-in məlumatına görə, çempionatın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimizdən Vurğun Əliyev (60 kq) və Murad Süleymanov (74 kq) bürünc medal qazanıblar.

Bu gün, ykinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizə aparırlar.

55 kq
1/8 final - Sezgin Pismicoglu (TUR) - Əfqan Xaşalov

66 kq
1/16 final - Michael Bucher (SUİ) - Teymur Məmmədov 0:10
1/8 final - Teymur Məmmədov - Enes Uslu (TUR)

84 kq
1/8 final - Hacımurad Məhəmmədsəidov - Sargis Hosepyan (ARM)

120 kq
1/4 final - Yaroslav Ponomarenko (UKR) - Səid Həmidov

Yarışı canlı olaraq aşağıdakı linklərdən izləmək mümkündür.

A - http://livestream.com/unitedworldwrestling/events/4147263
B - http://livestream.com/unitedworldwrestling/events/4147260
C - http://livestream.com/unitedworldwrestling/events/4147296