Ermənilər Bakıya gəlir

Bu məsələ yaxın vaxtlarda onun İrəvana səfəri zamanı müzakirə edilib.
Bakı
Bakı

Ermənistan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov xəbər verib.

"Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda Bakıda keçiriləcək"

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda onun İrəvana səfəri zamanı müzakirə edilib.

“Ermənistan komandası yarışda iştirak edəcək. Onlar bundan imtina etməyiblər. Bu yaxınlarda Ermənistanda idim və yığma komandanın kapitanı Levon Aronyan Bakıda Dünya Kuboku üzrə yarışda çıxış etməsini xoş xatirələrlə yada saldı”, - deyə Kirsan İlyumjinov bildirib.

Kirsan İlyumjinov
Kirsan İlyumjinov

Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda Bakıda keçiriləcək. Ötən il sentyabrın 10-u Bakıda keçirilən şahmat turnirində ermənilər də çıxış edib.

Ermənistanı bu yarışmada Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyan və Samvel Ter-Saakyan təmsil edib. Varujan Akopyan və Samuel Sevyan isə ABŞ bayrağı altında yarışda çıxış edib.

 

Şərhlər