Kanada yığması Rusiyada keçirilən xokkey üzrə dünya çempionatının qalibi olub. ANS PRESS-in məlumatına görə, kanadalılar finalda Finlandiya yığmasına 2:0 hesabı ilə qalib gəlib. Kanada yığması ikici dəfə ardıcıl olaraq Dünya çempionatının qalibi olub. Ümumilikdə isə Kanada tarixində 28-ci dəfə dünya kubokuna sahib olub.
Turnirdə iki dəfə eyni ölkə ilə qarşılaşan komanda nadir hallarda ikisində də qalib gəlir. Lakin Finlandiya yığması bu adət-ənəni poza bilərdi. Çünki finlilər çempionatın qrup mərhələsində kanadalıları 4:0 hesabı ilə darmadağın edib. Lakin çempionatın vacib qarşılaşmasında finlandiyalı xokkeyçilər oyuna uğursuz başlayıb. Qarşılaşmanın 12-ci dəqiqəsində Konnor Makdevid fərqlənib.
O, Mikki Koskinanın məhsuldar ötürməsindən sonra qapıçını aldadaraq şaybanı qapıya ötürüb. Daha sonra kanadalılar oyunun gediş xəttini ələ keçiriblər. Finlandiya yığmasının matçda cəmi 1 dəfə qol vurmaq şansı olub. Lakin ikinci hissənin sonunda Yarno Koskiranta yaxın məsafədən şaybanı boş qapıya vura bilməyib. Final fitindən bir neçə saniyə əvvəl kanadalılar fərqi ikiyə çatdırıb. Nəticədə Kanada yığması dünya çempionatının kubokunu başı üzərinə qaldırıb.
.@cmcdavid97's only goal at the #IIHFWorlds came at the right time. Celebrate the championship with a RT #IIHFWorlds pic.twitter.com/O5qQYp9A7g
— IIHF (@IIHFHockey) 22 мая 2016 г.
@HC_Men wins Gold‼️‼️‼️‼️ #IIHFWorlds #WorldHockeyChampionships pic.twitter.com/3buLRCcatb
— DanTheFan (@Hello2UFans) 22 мая 2016 г.