DİN-in komandası 1-ci yer tutdu

Kikboksinq üzrə Azərbaycan Çempionatına yekun vurulub.
Qaliblər mükafatlandırıldı
Qaliblər mükafatlandırıldı

Bakı İdman Sarayında kikboksinq üzrə Azərbaycan Çempionatı və kadetlər arasında Azərbaycan Birinciliyinə yekun vurulub. ANS PRESS-in məlumatına görə, 605 idmançının 60-a yaxın klubun mübarizə apardığı turnirdə klublar arasında birinci yeri Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti qazanıb.

Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin Kikboksinq bölməsinin baş məşqçisi, Əməkdar Məşqçisi Hakim Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, bütün regionlardan olan klub komandaların iştirak etdiyi mötəbər yarışda Hacıyevin 51 yetirməsi mübarizə aparıb. Bu idmançılardan 20-si medal qazanıb.

Məsqci Hakim Hacıyev
Məsqci Hakim Hacıyev

Daxili Islər Nazirliyi İdman Cəmiyyətinin medal qazanan idmançıları arasında 40 kq-da Əliyev Qədir, 60 kq-da Zöhrab Əzimov, 71 kq-da Ramal Aslanov, 75 kq Emil Mövsümzadə, 67 kq-da Abbasova Yelena, 54 kq-da Rüzgarli Həmidə ən yüksək pilləyə 1-ci yerə layiq görülüb.

“”Narkomaniya və uşaq cinayətkarlığına qarşı” adı altında keçirilən yarışa ciddi hazırlaşmışdıq. Bu yarışa DİN İdman Cəmiyyətinin 51 idmançısı qatılmışdı. Demək olar ki, iki aya yaxın bu yarışa səylə hazırlaşmışıq. İdmançılarımız bu yarışa həm fiziki, həm də psixoloji tərəfdən mükəmməl hazır idilər. Yetirmələrim gündə iki dəfə məşq edirdi. İlk dəfə olaraq, çempionatda final peşəkar səviyyədə, yəni baş qoruyucusuz oldu. İdmançılarımız yarışlarda əzmlə mübarizə aparıb layiq olduğu yerləri qazandı. Yarışlarda 5 qizil, 7 gümüş və 8 bürünc medal qazanaraq komanda hesabında ilk yeri qazandıq.Qarşıda keçirilən yarışlarda da öz sözümüzü deyəcəyik”, - Hakim Hacıyev bildirib.

Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd 2016-ci ildə dünya, Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnirlərində iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirmək olub. Ümumi hesabda kikboksinq üzrə XXII Azərbaycan Çempionatının Kubokunu Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti qazanıb. İkinci yerə NEFTÇİ İSM, üçüncü yerə isə “Naxçıvan” İdman Klubu qazanıb.