Güləşçimiz erməniyə qalib gəldi

İdmançılarımız ilk gündə iki medal qazanıb.
Güləş
Güləş

Dünən Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb. ANS PRESS-in məlumatına görə, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

66 kq-da mübarizə aparan idmançımız Sənan Süleymanov 1/8 final mərhələsinin görüşünə çıxıb. Bu mərhələdə güləşçimiz Ermənistanı təsmil edən Malxas Amoyanla üz-üzə gəlib. İdmançımız rəqibini 8:6 hesabı ilə məğlub edərək ¼ finala adlayıb.

İlk yarış günündə güləşçilərimizdən Mikayıl Rəhmanov (60 kq) qızıl və Azər Nəsibli (50 kq) gümüş medal qazanıb.

Soldan birinci Şaban Donat
Soldan birinci Şaban Donat

Yığma komandanın böyük məşqçisi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə Buxarestə 8 kişi güləşçimiz yollanıb. İyunun 23-24-də isə çempionatda gənc qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayev özünü doğrultmaq üçün 5 qadın güləşçimizə şans verəcək.

Avropa çempionatının son iki günündə isə mübarizəyə sərbəst pəhləvanlarımız qoşulacaq. Burada isə komandamız 8 idmançı ilə təmsil olunacaq. Turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

 

Şərhlər