İki cüdoçumuz qızıl medal qazandı (FOTO)

Çinin Çindao şəhərində "Qran-pri" turniri keçirilir.
Çinin Çindao şəhərində cüdo üzrə "Qran-pri" turnirində 2 cüdoçumuz qızıl medal qazanıb.

ANS PRESS-in məlumatına görə, İlqar Müşkiyev ( 60 kq) və Nicat Şıxalizadə ( 66 kq) turnirin qızıl medallarını boyunlarınan asıblar.

Çindao "Qran-pri"sinin ilk günündə 60 kiloqramda mübarizə aparan İlqar Müşkiyev finala qədər yüksəlməyi bacarıb. Həll edici görüşdə isə hollandiyalı rəqibini məğlub edərək qızıl medal qazanıb. Digər təmsilçimiz Nicat Şıxəlizadə isə finalda rəqibini ipponla məğlub edərək himnimizi səsləndirib.



İlqar Müşkiyev final qarşılaşmasında