İdmançı ev dustaqlığına məhkum olundu

Oskar Pistorius cəzasının qalan hissəsini ev dustağı kimi keçirəcək.
Sevgilisi Reva Stenkampı öldürməkdə təqsirli bilinən əlil idmançı Oskar Pistorius cəzasının qalan hissəsini ev dustağı kimi keçirəcək. Hər halda Cənubi Afrika Respublikasının mövcud qayda-qanunları belə deməyə əsas verir.

ANS PRESS-in məlumatına görə ölkənin qanunlarına görə məhkumlar aldıqları həbs cəzasının 1/6 hissəsini həbsxanada keçirdikdən sonra bəzi şərtlərlərlə sərbəst buraxıla bilir.

Lakin öldürülən Reva Stenkampın ailəsi bu hadisəyə etirazını bildirərək Ali məhkəməyə şikayət edib. Əgər noyabrın 3-nə təyin olunan məhkəmə zamanı hakim Pistoirusun əleyhinə qərar çıxararsa idmançı yenidən dəmir barmaqlıqlar arxasına geri dönəcək.

London Yay Olimpiya oyunlarına qatılmaqla ilk paralimpiaçı atlet kimi tarixə düşən Pistorius 2013-cü ilin fevral ayının 14-də sevgilisini “ehtiyatsızlık nəticəsində öldürmək” maddəsi ilə 5 illik həbsə məhkum edilib. 28 yaşlı Pistorius məhkəmədəki ifadəsində evinə oğru girildiyini zənn edərək, hamamın qapısından atəş etdiyini və o sırada sevgilisini səhvən vurduğunu bildirmişdi.


Oskar Pistorius London Olimpiya oyunlarında