"Qarabağ"ın Çempionlar Liqasında rəqibi müəyyənləşib

Qurbanovun komandası mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Çempionlar Liqası
Çempionlar Liqası

Bu gün Çempionlar Liqasının püşkatma mərasimi baş tutacaq. ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək püşkatmada son Azərbaycan çempionu "Qarabağ" qitənin bir nömrəli yarışında rəqibini tanıyacaq.

Qurban Qurbanovun komandası mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. "Qarabağ” II təsnifat mərhələsində ilk oyununu iyulun 12-13-də, cavab matçını isə 19-20-də keçirəcək.

"Qarabağ" klubu
"Qarabağ" klubu

II təsnifat mərhələsi
 
Səpələnmişlər: "Zalsburq” (Avstriya), "Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Legiya” (Polşa), "Dinamo” (Zaqreb, Xorvatiya), "Ludoqorets” (Bolqarıstan), "Kopenhagen” (Danimarka), "Qarabağ” (Azərbaycan), "Rusenborq” (Norveç), "Astana” (Qazaxıstan), "Skenderbeu” (Albaniya), "Srvena Zvezda” (Serbiya), "Dinamo” (Tiflis, Gürcüstan), "Hafnarfyorfur” (İslandiya), "Trençin” (Slovakiya), "Şerif” (Moldova)
 
Səpələnməmişlər: "Olimpiya” (Sloveniya), "Ddüdelanj” (Lüksemburq), "Ferensvaroş” (Macarıstan), "Vardar” (Makedoniya), "Dandalk” (İrlandiya), SJK (Finlandiya), "Norçepinq” (İsveç), "Kruzaders” (Şimali İrlandiya), "Zrinski” (Bosniya və Herseqovina), "Mladost” (Monteneqro), "Jalgiris” (Litva), "Hapoel” (Beyer-Şeva, İsrail), "Liepaya” (Latviya), I təsnifat mərhələsinin 4 cütü.