Bakıda keçirilən Formula 1 haqda oyun 91 manata satılır

Oyun artıq dünyaca məşhur onlayn alış veriş saytı amazon-da satılır.
Bakıda keçirilən Avropa Qrand-Prisinin "F1 2016" oyunu
Bakıda keçirilən Avropa Qrand-Prisinin "F1 2016" oyunu

Formula 1-in Avropa Qrand-Prisinin Bakı mərhələsinin də yer aldığı "F1 2016" video-oyunu PlayStation 4-ə daxil edilib. ANS PRESS-in məlumatına görə, oyun artıq dünyaca məşhur onlayn alış-veriş saytı amazon.com-da satılır.

Oyunun qiyməti 60 dollardır. Yeni "F1 2016" oyununda Bakı treki təsvir olunub.  "F1 2016" kompüter oyunu "Formula 1" yarışlarının 2016-cı il mövsümü əsasında yaradılıb. "Codemasters Birmingham" şirkətinin sayca yeddinci oyunudur. Oyunun tizeri "Elektron Əyləncələr Ekspo" sərgisindən əvvəl nümayişə qoyulub.