Azərbaycanda daha bir Dünya Kuboku keçirilir

80 ölkədən 1013 idmançı yarış üçün Bakıya gəlib.
Atıcılıq yarışı (arxiv)
Atıcılıq yarışı (arxiv)

Bakıda daha bir Dünya kuboku keçiriləcək. Gənclər və İdman Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Olimpiya atıcılıq növləri üzrə Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına əsasən, Dünya Kuboku yarışı (ISSF WORLD CUP 2016 ) Bakıda keçiriləcək.

İyunun 21-də Bakı Atıcılıq Mərkəzində saat 14.00-da turnirin rəsmi açılış mərasimi keçiriləcək. Yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və «Qəbələ» Atıcılıq Klubunun dəstəyi ilə Bakı Atıcılıq Mərkəzində baş tutacaq.

Dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışında 80 ölkədən 1013 idmançı, eləcə də rəsmi qonaq və idman nümayəndəsi iştirak edir. Dünya kuboku iyunun 21-dən 29-dək olacaq. 

Atıcılıq kuboku (arxiv)
Atıcılıq kuboku (arxiv)

Bu yarışlar 6-14 avqustda Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunları ərəfəsində son mərhələsidir.  16-23 sentyabr tarixlərində isə "Qəbələ" Atıcılıq Klubunda ənənəyə əməl olaraq olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçiriləcək.

2016-cı il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan biri hesab olunur. 20-29 iyun tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı "ISSF TV" vasitəsilə dünyanın bir çox ölkəsində canlı yayımlanacaq. 

 

Şərhlər