Qarışıq döyüş ustası karyerasına son qoydu

Onun belə qərar verməsi gözlənilməz olub.
Konor MakQreqor - qarışıq döyüş ustası
Konor MakQreqor - qarışıq döyüş ustası

İrlandiyalı məşhur qarışıq döyüş ustası Konor MakQreqor peşəkar karyerasını başa vurub. ANS PRESS-in məlumatına görə, döyüşçü qərarını "Tvitter" hesabında açıqlayıb. 

"Mən gənc vaxtımda idmandan getmək qərarına gəlmişəm. Sağ olun. Sonra görüşərik" -  MakQreqor sosial şəbəkədə belə yazıb. Qısa müddət ərzində döyüşçünin "tviti" 100 min istifadəçi tərəfindən "retvit" olunub. İdmançının karyerasını başa vurması bir çox idman mütəxəssislərini təəccübləndirib. 

Martın 5-də MakQreqor Neyt Dias ilə döyüşüb. Qarşıdurmanın ikinci raundunda irlandiyalı məğlub olub. Döyüş çempionluq uğrunda olmadığı üçün kəmər Konor MakQreqorda qalıb. Döyüşçülərin revanş qarşılaşması planlaşdırılmışdı. 27 yaşlı idmançı 19 qarşılaşmasında 3 dəfə məğlub olub. 17 dəfə isə nokaut edərək qələbə qazanıb. 

Neyt Dias ilə Konor MakQreqorun döyüşü
Neyt Dias ilə Konor MakQreqorun döyüşü
Neyt Dias ilə Konor MakQreqorun qarşılaşması