Formula-1 Avropa Qran-prisi başa çatdı

Formula-1 Avropa Qran-prisinin qalibi alman oldu.
Serxio Peres - Formula-1 Avropa Qran-prisinin üçüncüsü
Serxio Peres - Formula-1 Avropa Qran-prisinin üçüncüsü

21:11 / Qran-prinin üçüncüsü danışdı

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin üçüncüsü olmuş Serxio Peres deyib: “Ötən gün mən məyus olmuşdum - qəza edəndə. Mexaniklər inanılmaz iş gördülər və bolid kvalifikasiya kimi bəra olundu.

Mən onlara təşəkkür edirəm. Təsnifat mərhələsində əla çıxış etdim. Bu gün mən 7-ci sırada start verdim. İlk döngə əla alındı, sonra isə Kimi Raykonen ilə mübarizə başladı.

Mən bilirdim ki, sonucda onun vaxtına cəza olaraq 5 saniyə əlavə edəcəklər. Buna baxmayaraq, sonuncu döngədə onu keçmək əla idi”.

Yarışın qalibi Niko Rosberq oldu
Yarışın qalibi Niko Rosberq oldu

20:25 / Niko Rosberq təşəkkür etdi

Niko Rosberq Bakıya təşəkkür etdi: 

"İnanılmaz bir gündür, inanılmaz həftə sonudur. Mən Bakıya qonaqpərvər olduqları üçün təşəkkür etmək istəyirəm. Siz əla trass qurmusuz, burada sürmək çox maraqlıdır. Əlbəttə, baş verənlər əladır. Mən çox razıyam. Kvalifikasiya ilə yarış əla idi. Hazırda mən qələbəmi bayram edirəm. Xüsusən də, mən Bakıya bunun üçün gəlmişəm. Mən Bakıda qələbə qazanmaq istədim və qazandım. Beləliklə, mən üğurumu qeyd etməyə başlayıram". 

19:48 / Qaliblər mükafatlandırıldı

Qaliblərin mükafatlandırılması mərasimində birinci yeri tutan pilotun – Niko Rosberqin şərəfinə Almaniyanın dövlət himni səsləndirilib.

Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim edib.

Kuboklar ikinci yerin sahibi Sebastian Fettelə gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olunub.

Formula-1 Avropa Qan-prisində ilk 18 yerin sahibi olan pilotlar aşağıdakılardır:

1. Niko Rosberq (Mercedes)

2. Sebastian Fettel (Ferrari)

3. Serxio Peres (Force İndia)

4. Kimi Raykonnen (Ferrari)

5. Luis Hamilton (Mercedes)

6. Valtteri Bottas (Williams)

7. Daniel Rikkardo (Red Bull Racing)

8. Maks Ferstappen (Toro Rosso)

9. Niko Hulkenberq (Force İndia)

10. Felipe Massa (Williams)

11. Censon Batton (McLaren)

12. Felipe Nasr (Sauber)

13. Roman Qrojan (Haas)

14. Kevin Maqnussen (Renualt)

15. Colion Palmer (Renault)

16. Estaban Qutyerres (Haas)

17. Markus Erikson (Sauber)

18. Rio Haryanto (Manor)

Formula-1 Avropa Qran-prisindəki qələbədən sonra “Mercedes”in pilotu Niko Rosberq 141 xalla cari çempionatda liderliyini davam etdirir. O, indiyədək keçirilən yeddi mərhələnin dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya Qran-priləri) qalib gəlib.

Avropa Qran-prisində ən yüksək sürət “Mercedes”in pilotu Luis Hamiltona məxsusdur. O, bolidini saatda 364 kilometr sürətlə idarə edib. İyunun 18-də test yürüşündə isə “Williams” komandasının pilotu Valtteri Bottas bolidini saatda 377 kilometr sürətlə idarə etmişdi.

Çempionatın növbəti – doqquzuncu yarışı olan Avstriya Qran-prisi iyulun 1-3-də keçiriləcək.

19:30 / Sebatian Fettel: "Bakı trassı inanılmazdır"

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin qalibləri mətbuata müsahibələr verirlər. 

İkinci yeri tutmuş “Ferrari” pilotu Sebatian Fettel deyib: "Bakı trassı inanılmazdır. Bir neçə sürətli döngə var. Maşın yarış zamanı sanki yenidən dirildi. Bu gün biz çox əla iş gördük. Ardıcılıq ikinci dəfə ikinci pillədə olmaq o deməkdir ki, biz cəldik və bolidimiz rəqabət aparmağı bacarır.  Bütün komandaya təşəkkür edirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin qalibləri ilə görüşüblər.

İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva

18:37 / Yarış başa çatdı

Yarış başa çatdı. Niko Rosberq (Mercedes) qalib gəldi.  Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub. İkinci yeri “Ferrari”nin pilotu ”Sebatian Fettel, üçüncü yeri isə isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub.

Yarışda son durum
Yarışda son durum

19:39 / Mövzunu əlavə edin

18:27 / Avropa Qran-prisində ən yüksək sürət qeydə alınıb.

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisində ən yüksək sürət qeydə alınıb. “Mercedes”in pilotu Luis Hamilton bolidini saatda 364 kilometr sürətlə idarə edib.

Saat 18:12-də pilotlar artıq Bakı şəhər halqasında 34-cü dövrəni yerinə yetiriblər. Trek üzrə ən yaxşı göstərici “Mercedes”in pilotu Niko Rosberqə məxsusdur - 1 dəqiqə 48,539 saniyə. İkinci və üçüncü yerlərdə “Ferrari”nin sürücüləri Sebastian Fettel və Kimi Raikonnendir.

18:21 / Daha iki pilot problemlə üzləşdi

Paskal Verlyayn (Manor) yarışdan çıxıb, Fernando Alonso (McLaren) isə pitstopdadır. Fernando Alonso  artıq 3-cü mövsumdur ki, yarışı tam keçə bilmir.

18:11 / İki pilot yarışdan çıxıb

İki  pilot yarışdan çıxıb. “Toro Rosso” komandasının pilotu Daniil Kvyat texniki problemlərə görə, yarışda iştirakını vaxtından əvvəl başa vurub. Karlos Saynzın isə təkəri partlayıb, pilotun bolidini texniklər itələyərək pitstopa aparıblar.

17:21 / Yarış başladı

Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Formula-1 Avropa Qran-pri yarışına baxırlar.

İlham Əliyev, Mehriban Əliyeva və Berni Eklstoun açılış mərasimdə pilotlar ilə salamlaşır
İlham Əliyev, Mehriban Əliyeva və Berni Eklstoun açılış mərasimdə pilotlar ilə salamlaşır

 

Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib.

Formula-1 Avropa Qran-prisində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın “Mercedes”in pilotu Niko Rosberq dayanıb. Ondan sonra “Force İndia” komandasının pilotu Serxio Peres və “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo yer alıblar.

Ümumiyyətlə, Formula-1 Avropa Qran-prisinin startında pilotlar aşağıdakı qaydada düzülüblər:

1. Niko Rosberq (Mercedes)

2. Daniel Rikkardo (Red Bull Racing)

3. Sebastian Fettel (Ferrari)

4. Kimi Raykonnen (Ferrari)

5. Felipe Massa (Uilyams)

6. Daniil Kvyat (Red Bull Racing)

7. Serxio Peres (Force İndia)

8. Valtteri Bottas (Uilyams)

9. Maks Ferstappen (Toro Rosso)

10. Lüis Hamilton (Mercedes)

11. Roman Qrojan (Haas)

12. Niko Hülkenberq (Force İndia)

13. Karlos Saynz (Toro Rosso)

14. Fernando Alonso (McLaren)

15. Estaban Qutyerres (Haas)

16. Felipe Nasr (Sauber)

17. Rio Haryanto (Manor)

18. Paskal Verlyayn (Manor)

19. Censon Batton (McLaren)

20. Markus Erikson (Sauber)

21. Kevin Maqnussen (Renualt)

22. Kolion Palmer (Renault).

16:25 / Final yarışı başlayır

Bakıda Formula 1-in final mərhələsinin açılış mərasimi keçirilir. ANS PRESS-in məlumatına görə, mərasimdə prezident İlham Əliyev və ailə üzvləri iştirak edir.

 

#azerbaijan 🇦🇿 #hymn #Baku #F1 #F1Baku

Видео опубликовано Sona Rasulova🇦🇿Azerbaijan Baku (@sonic_sonita)

15:18 / Antonio Covinatsi birinci oldu

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin GP2 yarışının qalibi müəyyən olunub.

ANS PRESS-in məlumatına görə, əsas yarışdan əvvəl saat 14:00-da GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar. Pilotlar bolidləri ilə 45 dəqiqə ərzində 120 kilometr məsafə qət ediblər. 

Yarışda bolidlərin start düzülüşü iyunun 18-də keçirilən yürüşdə müəyyənləşib. Ötən günkü yarışda 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər.

Yarışın qalibi “Prema Racing” komandasından Antonio Covinatsi olub.

Antonio Giovinazzi qələbəni bayram edir
Antonio Giovinazzi qələbəni bayram edir

10:17 / Formula 1-in üçüncü günü başlayır

Bakıda "Formula 1" Avropa Qran Prisinin sonuncu yarış günü başlayır.

ANS PRESS-in məlumatına görə, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Günün sonunda Dənizkənarı milli parkda Farel Uilyamsın konserti baş tutacaq. Bulvara yalnız yarış biletləri ilə girmək mümkündür.

Günün cədvəli:

14:00 – 14:50 – GP2 ikinci yarış ( 23 dövrə və ya 45 dəqiqə)

15:30 - Pilotların paradı. Pilotlar bütün trek boyu keçərək izləyiciləri salamlayacaqlar.

15:45-16:15 - Açılış Mərasimi

17:00-19:00 - 2016 Formula 1 Avropa Qran Prisi

20:00 Farel Uilyamsın konserti