Leyla Əliyeva Formula 1-də

Heydər Əliyev Fondunun vitse-prezidenti bibisi oğlu ilə birlikdə yarışı izləyib.
Leyla Əliyeva bu gün Formula 1 sıralama turunu izləyib.
Leyla Əliyeva bu gün Formula 1 sıralama turunu izləyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Formula 1 sıralama turunu izləyib. ANS PRESS-in məlumatına görə, Leyla Əliyeva bibisi oğlu Azər Əliyev və bacısı Arzu xanımın həyat yoldaşı Səməd Qurbanov ilə birlikdə yarışı izləyiblər.

Bu gün Bakıda keçirilən "Formula 1" yarışın ikinci günüdür. Sıralama yürüşündə “Mercedes” komandasının pilotu Niko Rosberq Finiş rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Onun göstəricisi 1 dəqiqə 42,758 saniyədir.

Bir müddət əvvəl Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub. 

Formula 1-in  sıralama turu
Formula 1-in sıralama turu