"Formula 1"in ikinci günü başladı

“Mercedes” pilotunun göstəricisi 1 dəqiqə 42,758 saniyə olub.
Formula-1 Avropa Qran-prisinin sıralama yürüşü
Formula-1 Avropa Qran-prisinin sıralama yürüşü

18:46 / Niko Rosberq finiş xəttinə birinci çatıb

Sıralama yürüşünə yekun vurulub. “Mercedes” komandasının pilotu Niko Rosberq Finiş rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Onun göstəricisi 1 dəqiqə 42,758 saniyədir. “Force İndia” komandasının pilotu Serxio Peres 1 dəqiqə 43,515 saniyəlik nəticə ilə ikinci olub. Üçüncü yerdə 1 dəqiqə 43,966 saniyəlik göstərici ilə “Red Bull Racing” komandasından sürücüsü Daniel Rikkardo qərarlaşıb.

Beləliklə, iyunun 19-da Avropa Qran-prisində pilotların düzülüşü aşağıdakı qaydada olacaq:

1. Niko Rosberq – “Mercedes”

2. Serxio Peres – “Force İndia”

3. Daniel Rikkardo – “Red Bull Racing”

4. Sebastian Fettel – “Ferrari”

5. Kimi Raykonnen – “Ferrari”

6. Felipe Massa – “Uilyams”

7. Daniil Kvyat – “Red Bull Racing”

8. Valtteri Bottas – “Uilyams”

9. Maks Ferstappen – “Toro Rosso”

10. Luis Hamilton – “Mercedes”

İkinci təsnifatdan sonra:

11. Roman Qrojan - "Haas"

12. Niko Hülkenberq - "Force İndia"

13. Karlos Saynts - "Toro Rosso"

14. Fernando Alonso - "McLaren"

15. Estabean Qutyerres - "Haas"

16. Felipe Nasr - "Sauber"

Birinci təsnifatdan sonra:

17. Rio Haryanto - "Manor"

18. Paskal Verlyayn - "Manor"

19. Censon Batton - "McLaren"

20. Markus Erikson - "Sauber"

21. Kevin Maqnussen - "Renualt"

22. Kolion Palmer - "Renault".

17:43 / "Formula 1"in sıralama yürüşündə iştirakçılardan biri yolu səhv salıb

"Formula 1"in saat 17:00-da başlamış sıralama yürüşündə iştirakçılardan biri yolu səhv salıb.

ANS PRESS-in məlumatına görə, bu, “McLaren” komandasının üzvü Censon Batton olub. 

 

17:05 / "Formula 1"in sıralama yürüşü başladı

İyunun 18-də saat 17:00-da "Formula 1" Avropa Qran Prisinin sıralama yürüşü başlayıb.

Bu yürüşdə də hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparır.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq, “Ferrari”də Sebastian Fettel ilə Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo və Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq ilə Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparıblar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sains, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton birinci yürüşdə iştirak ediblər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto “Manor”, Roman Qrojan və Esteban Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Sıralama yürüşündə pilotlar bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışırlar.

15:10 / Test yürüşü bitdi

Saat 13:00-da start götürən "Formula 1" Avropa Qran Prisinin birinci test yürüşü başa çatıb. Hər biri iki pilotdan ibarət 11 komandanın qatıldığı yarışda “Mercedes”in sürücüsü Luis Hamilton birinci olub. L.Hamiltonun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 46 saniyə təşkil edib.

Niko Rosberq qalibdən 0,377 saniyə geri qalaraq ikinci yerdə qərarlaşıb. Valtteri Bottas (Williams) isə ilk üçlüyü tamamlayıb (1 dəqiqə 47,096 saniyə).

Fernando Alonso (“McLaren”) isə yürüşü dördüncü pillədə başa vurub.

Yarış bəzi pilotların səhvləri və qəzalarla yadda qalıb. ANS PRESS-in məlumatına görə, Daniil Kvayt və Roman Qrosjeandan (“Haas”) sonra, Felipe Nasr (“Sauber”) da döngədə düz yola girməyib.
İtaliyalı pilot Serxio Perezin (“Force İndia”) bolidinin arxa təkəri çıxıb. Onun bolidi yararsız vəziyyətə düşüb.

14:25 / Test yürüşü qəza ilə başladı

"Formula 1" Avropa Qran Prisinin üçüncü test yürüşündə növbəti qəza baş verib. ANS PRESS-in məlumatına görə, “Red Bull Racing” komandasında rusiyalı Daniil Kvayt yolu səhv salaraq bolidi ilə yüngül qəzaya düşüb. 

Xoşbəxtlikdən qəza yüngül olub və pilotlar yürüşü davam etdirir. 

14:05 / "Formula 1" üzrə üçüncü test başladı

Bakı trekində "Formula 1" pilotları gücünü sınayır. Saat 14:00-da "Formula 1" üzrə üçüncü test başlayıb.

Yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb.

Pilotlar öz bolidləri ilə bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. Təsnifat (sıralama) yürüşünə isə saat 17:00-da start veriləcək.

Saat 18:00-a kimi isə "Formula 1"in sıralama turu olacaq. Burada sabahkı yarışda bolidlərin start yerləri müəyyənləşəcək.  

13:05 / GP2 yarışı bitdi

Bu gün saat 12:00-da Bakıda başlayan GP2 üzrə birinci yarış başa çatıb. ANS PRESS-in məlumatına görə, yarış 32 dövrədən ibarət olub. 

Yarışın qalibi  Antonio Covinatsi (Prema Racing) olub. İkinci pillədə Sergey Sirotkin (ART Grand Prix) qərarlaşıb. İlk üçlüyü isə Rafael Marçello (Russian Time) qapayır. 

Saat 14:00-da "Formula 1" üzrə üçüncü test, saat 17:00-dan 18:00-a kimi isə "Formula 1"in sıralama turu olacaq. 

12:50 / Bakı trasında qəza

Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günündə qəza baş verib. ANS PRESS-in məlumatına görə, GP2 seriyası üzrə birinci yarışda Bakı trekində iki bolid toqquşub.

Artyom Markelovun (Russian Time) bolidi Norman Natonunku (Racing Engineering) ilə toqquşub. Markelovun bolidinin təkəri sıradan çıxıb. Pilot yarışdan uzaqlaşmalı olub.

12:12 / Enrike İqlesias bulvarda konsert verəcək

Dünya şöhrətli məşhur müğənni Bakıda. ANS PRESS-in məlumatına görə, bu gün Enrike İqlesias Formula-1 azarkeşlərinə unudulmaz anlar bəxş edəcək.

İfaçının konserti günün sonunda – axşam saat 20:00-da bulvar ərazisində olacaq. 

12:03 / GP2 üzrə birinci yarış keçirilir

Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb. ANS PRESS-in məlumatına görə, "Formula-1" Avropa Qran Prisinin ikinci günündə həm GP2, həm də "Formula-1" üzrə yarışlarda pilotlar arasında gərgin mübarizə gözlənilir. 

İlk olaraq GP2 üzrə birinci yarış keçiriləcək. Yarış 32 dövrədən ibarətdir. 

Daha sonra isə Bakı trekində "Formula 1" pilotları gücünü sınayacaq. Saat 14:00-da "Formula 1" üzrə üçüncü test, saat 17:00-dan 18:00-a kimi isə "Formula 1"in sıralama turu olacaq. Burada sabahkı yarışda bolidlərin start yerləri müəyyənləşəcək.  

Qran Prinin birinci günündə "Formula 1" və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunub. “Mercedes”in pilotu Luis Hemilton Bakıdakı ilk sınaq yarışı zamanı ən yaxşı nəticəni göstərib. 

Pilotlar üçün yeni olan trassda səhvlər də az olmayıb: Esteban Qutyerres, Daniil Kvyat, Sebastyan Fettel, Markus Erikson, Kevin Maqnussen və Colion Palmer yollarını azıblar.

Trekin 15-ci döngəsində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını uğurla yerinə yetirə bilməyib.

Nəticədə onun bolidi yararsız hala düşüb. D.Rikkardonun özü isə xəsarət almayıb.