Bakıda hegemon yığmalar üz-üzə gəlir

Portuqaliya Hollandiya yığmasını, Almaniya isə İspaniyanı sınağa çəkəcək.
Portuqaliya-Avstriya qarşılaşması
Portuqaliya-Avstriya qarşılaşması

Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin oyunları keçiriləcək. ANS PRESS-in məlumatına görə, finala çıxmaq üçün Portuqaliya Hollandiya yığmasını, Almaniya isə İspaniyanı sınağa çəkəcək.

Milli komandamızın çıxış etdiyi A qrupunun lideri olaraq 1/4 finala vəsiqə qazanan Portuqaliya yığması bu mərhələdə Avstriyanı darmadağın edib. Digər yarımfinalçı Hollandiya İsveçi, Almaniya Belçikanı, İspaniya isə İngiltərəni məğlub etməyi bacarıb. Hər iki qarşılaşma eyni gündə baş tutacaq və “Dalğa Arena”da oynanılacaq.

Portuqaliya – Niderland
Dalğa Arena. Saat 15.00
Baş hakim: Peter Kraloviç  (Slovakiya)
Baş hakimin köməkçiləri: Balazs Buzas  (Macarıstan), Lazaros Dimitriadis  (Yunanıstan)
 
Almaniya – İspaniya
Dalğa Arena. Saat 20.00
Baş hakim: Bartosz Frankovski  (Polşa)
Baş hakimin köməkçiləri: Georgi Todorov  (Bolqarıstan), Ceyhun 

İsveç-Hollandiya qarşılaşması
İsveç-Hollandiya qarşılaşması
 

Şərhlər