"Emil Baku" dünyasını dəyişdi

Onun beyin xərçəngi xəstəliyindən vəfat etdiyi bildirilir.
ABŞ-da yaşayan azərbaycanlı boksçu Emil İsrafilbəyov vəfat edib.

ANS PRESS-in məlumatına görə, "Emil Baku" ləqəbli idmançı beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Bir müddət əvvəl Emil İsrafilbəyovun ağır xəstəliyə tutulması barədə məlumat yayılmışdı. Bu haqda onun yaxınları sosial şəbəkələrdə yazmışdı.

Məşhur idmançının beyin şişi xəstəliyindən əziyyət çəkdiyi barədə xəbər verilirdi. Emilin yaxlını olan İvetta Miller adlı “Facebook” istifadəçisi də boksçunun durumunun yaxşı olmadığını bildirib və hamını Emilə maddi və mənəvi dəstək olmağa çağırmışdı.

Emilin dostları sosial şəbəkələrdə çağırış edərək idmançıya maddi və mənəvi dəstək olmaq üçün kampaniyaya başlamışdı.


Emil İsrafilbəyov

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçiblər.

Allah rəhmət eləsin!