Kris Braunun Bakıda konserti başladı

İfaçı Formula 1-in ilk gününə rəng qataraq əyləncə proqramına start verib.
Kris Braun Bakıda
Kris Braun Bakıda

Dünyaca məşhur ifaçı Kris Braun Bakıda Formulıa 1-n ilk gününə  həsr edilmiş konsertinə hərbi geyimdə çıxdı. 

ANS PRESS-in məlumatına görə, amerikalı müğənni, bəstəkar və rəqqas Formula 1 azarkeşlərini bir qədər gözlətsə də öz möhtəşəm şousuna başladı.  

O, Formula 1 azarkeşlərinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək. 

Kris Braunun Bakıda konserti
Kris Braunun Bakıda konserti

Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib. Avropa Qran-prisinə dəstək olaraq GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülərin Formula-1-də debütü üçün son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub.

Yarışın birinci sərbəst sessiyası
Yarışın birinci sərbəst sessiyası

Gənc və istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib.

Kris Braunun Bakıda konserti
Kris Braunun Bakıda konserti
 

Şərhlər