Bakı video oyuna daxil edildi

Geymerlər Bakı Şəhər Halqasında sürət həddini keçəcək.
"F1 2016" oyununun posteri
"F1 2016" oyununun posteri

Azərbaycanda ilk dəfə keçirilən Avropa Qrand-Prisi "F1 2016" kompüter oyununa daxil edilib. Oyun "Codemasters" avtosimulyatoru tərəfindən hazırlanıb. 

ANS PRESS-in məlumatına görə, hələlik oyunun buraxılma tarixini açıqlamayıb. Şirkətin anonsunda deyilir ki, oyunda virtual təhlükəsizlik maşını və Bakıda keçiriləcək Avropa Qran-prisinin yeni yolu olacaq.

"F1 2016" oyununda "Bakı şəhər halqası"

"F1 2016" kompüter oyunu "Formula 1" yarışlarının 2016-cı ili mövsümü əsasında yaradılıb. "Codemasters Birmingham" şirkətinin sayca yeddinci oyunudur. Oyunun tizeri "Elektron Əyləncələr Ekspo" sərgisindən əvvəl nümayişə qoyulub.

 

Şərhlər