Mourinyo - Qvardiola duelinin vaxtı bilindi

Tərəflər "Old Trafford”da görüşəcəklər.
Qvardiola-Mourinyo
Qvardiola-Mourinyo

İngiltərə Premyer Liqasında 2016/17 mövsümünün püşkü atılıb. ANS PRESS-in məlumatına görə, maraqla gözlənilən Mançester derbisinin də vaxtı bəlli olub.

Qarşılaşmaya maraq artıran məqamlardan biri də hər iki komandaya yeni baş məşqçinin təyin olunmasıdı. "Mançester Yunayted" derbiyə Joze Mourinyonun rəhbərliyi ilə çıxacağı halda, şəhərin digər təmsilçisinə isə Pep Qvardiola başçılıq edəcək. Tərəflər arasında ilk matç sentyabrın 10-da "Old Trafford” stadionunda keçiriləcək.

"Old Trafford” stadionu
"Old Trafford” stadionu

"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyo artıq heyətdə təmizliklərə başlayıb. Portuqaliyalı mütəxəssis iki ulduzu göndərmək qərarına gəlib. İddialara görə, Mourinyo Xuan Mata və Daley Blindi heyətdə görmək istəmir. Mütəxəssis rəhbərlikdən hər iki futbolçunun göndərilməsini istəyib. Mourinyo "Mançester Yunayted"in 62,23 milyon avro xərclədiyi futbolçulardan imtina edir.

"Mançester Yunayted" Xuan Matanı 2014-cü ildə "Çelsi"dən 44,73 milyon avroya transfer edib. Komandanın heyətində indiyədək 104 rəsmi oyuna çıxan 28 yaşlı ispan yarımmüdafiəçiyə "Transfermarkt" 34 milyon avro qiymət qoyub. Daley Blind isə 2014-cü "Ayaks"dan 17,5 milyon avroya transfer olunduğu "Mançester Yunayted"in əsas heyətində 85 rəsmi matça çıxan 26 yaşlı holland yarımmüdafiəçi 4 qol vurub. "Transfermarkt"ın hesablamalarına görə, onun hazırda 19 milyon avro dəyəri var.