Boyanka Kostova dopinqdən istifadə etdiyinə görə Rio Olimpiadasına getməyəcək

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 10 idmançını yarışdan kənarlaşdırıb.
Boyan Kostova - atlet
Boyan Kostova - atlet

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 10 idmançını yarışdan kənarlaşdırıb. ANS PRESS-in məlumatına görə, 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən atletlərin siyahısı açıqlanıb. Həmin siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var. 

İdmançımızın qanında qadağan olunmuş dehidroxloro metiltestosteronstanozolol anabolik preparatları aşkarlanıb. İWF mövcud qaydalara əsasən, antidopinq qaydalarının pozulması ilə əlaqədar həmin 10 ağırlıqqaldıranı qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırıb. Bununla da Boyanka Kostova Azərbaycanı Rio-2016 Olimpiyadasında təmsil edə bilməyəcək.

Hazırda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testlərin nəticələrinin tezliklə açıqlanması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi ilə iş aparır.

Valentin Xristov - atlet
Valentin Xristov - atlet

Boyanka Kostova "London-2012"də 5-ci yerdə qərarlaşıb. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur. 

Bir müddət əvvəl Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılması ilə bağlı açıqlama yayıb. 6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqamın hər biri 8 və Dadaşbəyli Dadaş 4 il)  dopinqdən istifadə etdiklərinə görə diskvalifikasiya olunublar.

 

Şərhlər