"DQR" bayrağını cıran idmançılarımıza ermənilər aeroportda hücum ediblər

Onlar əllərində bıçaqla Kunq fu və Uşu yığmamızın idmançılarını vurmaq istəyiblər.
Azərbaycanlı və erməni idmançılar arasında dava
Azərbaycanlı və erməni idmançılar arasında dava

Ukraynada yaşayan ermənilər Borispol hava limanında azərbaycanlı idmançılara hücum ediblər. Kunq fu üzrə 4 qat dünya və 5 qat Azərbaycan çempionu Ellər Orucov ANS PRESS-ə deyib ki, onlar Qondarma Dağlıq Qarabağın “bayrağını" cıran Şənlik Talıbovu, Ellər Orucovu və Xasay Əsədovu vurmaq istəyiblər.

"Ermənilərin tək hədəfi “bayrağ”ı cıranları bıçaqla vurmaq olub".

İdmançımızın sözlərinə görə, onlar əllərində bıçaqla Kunq fu və Uşu yığmasının idmançılarına hücum ediblər. Ermənilərin tək hədəfi “bayrağı" cıranları bıçaqla vurmaq olub. “Onlar sayca 40-50 nəfər idi. Polis əməkdaşları davanı sakitləşdirə bilmirdi. Hava limanında olan azərbaycanlıların köməyi ilə bizi araladılar”, - deyə Ellər Orucov baş verən hadisə haqqında fikirlərini yekunlaşdırıb. Hadisə zamanı heç bir idmançımız xəsarət almayıb. Bu gün isə Kunq fu və Uşu yığması tam heyətlə Azərbaycana gəlib.

Yığma komandamızın idmançıları
Yığma komandamızın idmançıları
Azərbaycanlı və erməni idmançılar arasında dava düşdü

Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.

Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımız ermənilərin əlindən qondarma rejimin "bayrağını" əllərindən alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.

Azərbaycanın Kunq fu və uşu yığması
Azərbaycanın Kunq fu və uşu yığması
 

Şərhlər