Ermənini peşiman edən bokçumuzdan şəhidlərimizə böyük ehtiram

Cavid Çələbiyev qələbədən sonra rinqdə əsgər salamı verib.
Cavid Çələbiyev.Arxiv
Cavid Çələbiyev.Arxiv

Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Olimpiadasına lisenziya turnirində yarımfinal görüşləri davam edir. ANS PRESS-in məlumatına görə, Azərbaycan milli komandası Olimpiya Oyunlarına bir neçə lisenziya qazanıb.

Cavid erməni üzərində qazandığı qələbəni qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyini bildirib.

Turnirdə ən maraqlı görüş azərbaycanlı idmançısının ermənini rinqə çıxmağa peşman etməsi olub. 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən dünya çempionu Cavid Çələbiyev yarımfinal görüşündə Ermənistan boksçusu Aram Avaqyanı 30:25 hesabı ilə məğlub etdərək yiyələnib. Həmyerlimiz hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:27: 30:27). Bu qələbə Çələbiyevin Rioya lisenziyasını da təmin edib. Nəticədə o, boks yığmamıza Olimpiada üçün 5-ci vəsiqəni qazandırıb.

Görüşdən sonra açıqlama verən Cavid erməni boksçu üzərində qazandığı qələbəni işğal olunmuş torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyini bildirib.

Cavid Çələbiyevin əsgər salamı
Cavid Çələbiyevin əsgər salamı

“Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Bildirmək istəyirəm ki, hər birimiz vətənimiz uğrunda canımızdan keçməyə hər an hazırıq. Biz hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və vətən uğrunda döyüşməyə hazırıq”, - Cavid Çələbiyev bildirib.

Milli komandamızın digər üzvü 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Lorenzo Sotomayor da yarımfinal görüşünü qalibiyyətlə başa vurub.İdmançımız final uğrunda görüşdə türkiyəli rəqibi Batuhan Gözgeçi məğlub edərək finala yüksəlməklə yanaşı, Rio Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.

Bundan əvvəl eyni uğuru qadın boksçumuz Yana Alekseyevna təkrarlayıb. Yana Olimpiya çempionu, 4 qat dünya və 5 qat Avropa birincisi olan K.Teylora qalib gələrək olimpiadaya lisenziya qazanıb.

 

Şərhlər