Ramzan Kadırov Zabit Səmədovu Kikboksinq Klubuna rəhbər təyin edib

Ramzan Kadırov “İnstaqram” səhifəsində məlumat yayıb.
Zabit Səmədov - döyüşçü
Zabit Səmədov - döyüşçü

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanda yeni yaradılan "Axmat" Respublika Kikboksinq Klubuna rəhbərlik edəcək. ANS PRESS-in məlumatına görə, Çeçenistan prezidenti Ramzan Kadırov “İnstaqram” səhifəsində məlumat yayıb.

O paylaşdığı məlumatda bildirib ki,  əfsanəvi döyüşçü, "Mauqli" ləqəbli Zabit Səmədovun əvəzsiz təcrübəsi dünya səviyyəli idmançılar yetişdirməyə yardım edəcək. O,  döyüşçümüzün təyinatını şad xəbər kimi ictimaiyyətə açıqlayıb.

Çeçenistan Respublikasının Kikboksinq Federasiyasının yeni rəhbəri isə  Mohmad-Emi Əhmədov, federasiya sədrinin müavini isə Musa Şixabov olacaq. Çeçenistan  prezidendi güman edir ki, federasiya qısa müddət ərzində daha da inkişaf edəcək. O əlavə edib ki, gələn ay Çeçenistanda kikboksinq üzrə seçmə turnir keçiriləcək. Yarışlar əvvəlcə rayonlarda, sonra isə Respublika səviyyəsində təşkil olunacaq. 

Görüşün əsas anları

Bir müddət əvvəl, Çeçenistanın rəhbəri Ramzan Kadırov azərbaycanlı döyüşçü Zabit Səmədova döyüşçü Pol Slovinski üzərində qələbə qazandığı üçün maşın hədiyyə edib. Azərbaycanlı döyüşçü yeni maşının fotosunu "İnstaqram" hesabından paylaşıb. O, fotonu "qardaşım, hədiyyələrə görə çox sağ ol" şərhi ilə paylaşıb. Zabitin yeni maşını "Mercedes w 222" markasıdır. Maşının təxminən 200 min AZN qiyməti var. 

Zabit Səmədovun hədiyyəsi
Zabit Səmədovun hədiyyəsi
 

Şərhlər