Ağır atletlərimiz vətənə qayıtdı (VİDEO)

İdmançılar ilk öncə baş məşqçilərinə təşəkkür etdilər
Litvada keçirilən Ağır atletika üzrə 20 və 23 yaşa arası Avropa Çempionatında çıxış edən idmançılarımız Vətənə qayıdıb.

ANS TV-nin məlumatına görə, qələbə ilə Vətənə dönən idmançılarımız hava limanında yarış haqqında təəssüratlarını belə bölüşüblər:

Avropa çempionu Firudin Quliyev ilk öncə çempion olacağına inanmayıb. Çünki, onun türk çox güclü rəqiblə qarşılaşmışdı. Amma Firuddin bu rəqibi məğlub edərək qalib gəlməyi bacarıb.

Digər Avropa çempionu Anastasiya İbrahimli isə ilk olaraq onlara məşqlərdə və yarışda dəstək olan hər kəsə öz təşəkkürünü çatdırdı. Ancaq o ən çox əziyyət çəkən idmançıların baş məşqçisinə xüsusi olaraq öz minnətdarlığını bildirdir.

Başqa bir Avropa çempionu Dadaş Dadaşbəyli isə Vətənə qələbə ilə qayıtdığı üçün çox sevinclidir. O da bütün qalib idmançıları təbrik etdi.

Bu çempionlar oktyabrın 1-11-i tarixləri arasında Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa Çempionatında Azərbaycan millisini təmsil edirdilər.