Oleq Stepko İsraildə birinci oldu

Avropa Oyunlarının qalibi ikinci yerdə qərarlaşdı
Azərbaycanlı gimnast Oleq Stepko İsraildə qızıl medal qazanıb.

ANS PRESS-in məlumatına görə, Tel-Əvivdə keçirilən Kişi idman gimnastları arasında I-ci açıq İsrail Kubokunda Oleq Stepko halqalar və parallel qollar üzərində hərəkətlərdə rəqib tanımayıb və qızıl medal qazanıb.

Sərbəst hərəkətlərin icrası, həmçinin gimnastika atı və turnik üzərində çıxışı ona gümüş medal qazandırıb. Bununla da o İsraildən iki medalla geri dönəcək. Bundan əlavə Stepko çoxnövçülükdə 89 xal toplayıb.

Oleq Stepko bu il ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarında da qızıl medala layiq görülüb.


Oleq Stepko - Avropa oyunlarında