"Forbes" jurnalı ən zəngin idman komandasını təyin etdi

Ötən il ərzində hamıdan artıq gəliri olan idman klublarının adı açıqlanıb.
"Dallas Kauboys"
"Dallas Kauboys"

Dünyaca məşhur "Forbes" jurnalı ən zəngin idman klublarını siyahısını yeniləyib. Yeni dərc olunmuş buraxılışda siyahıda Amerika futbolu klubu olan "Dallas Kauboys" 4 milyard dollarla başçılıq edir. Klub ötən mövsüm  270 milyon dollara yaxın rekord gəlir əldə edib. 

İkinci yerdə 3.6 milyard dollar aktivləri ilə İspaniyanın kralı klubu olan "Real Madrid", ardınca 3-cü yerdə isə onun əzələ rəqibi "Barselona" futbol klubları gəlir. Katalonların varidatı 3.5 milyard dollara yaxındır.

"Real"lılar qələbəni bayram edir
"Real"lılar qələbəni bayram edir

İlk 20-liyə ingilis komandalarından yalnız "Mançester Yunayted" düşə bilib,  2011 və 2012-ci illərdə "Forbes"un eyni kateqoriya üzrə iyirmiliyinə başçılıq etmiş "qırmızı şeytanlar" son siyahıda 3.3 milyard aktivləri ilə beşinci yerdə qərarlaşıb.

"Formula-1" nə qədər bahalı idman növü olsa da, "Forbes"un ən zəngin 20-liyində bu idman növü üzrə bir komanda belə təmsil olunmur.

Bir müddət öncə dünyanın ən çox qazanc əldə edən idmançılarının da siyahısı açıqlanıb. "Forbes" jurnalının tərtib etdiyi siyahının ilk pilləsində Madridin “Real” klubu və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo qərarlaşıb.

O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldo gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb.

Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubu və Argentina millisinin keçmiş futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb - 77,2 milyon.

 

Şərhlər