Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. ANS PRESS-in məlumatına görə, Avstriyada keçirilən "Zalsburq" - "Liepaya" matçında maraqlı anlar yaşanıb.
Meydan sahiblərinin futbolçusu Andreas Ulmer oyuna başqa klubun forması ilə çıxıb. O, sözügedən qarşılaşmada Almaniya Bundesliqasına yeni vəsiqə qazanan "Leyptsiq"in formasından istifadə edib. Məsələ burasındadır ki, hər iki komandanın loqosu oxşardır və bu iki komandanın sponsoru "Red Bull" şirkətidir.
Belə bir vəziyyətin necə yarandığı isə böyük sual doğurur. Qarşılaşma Avstriya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. UEFA-nın bununla bağlı cəza verib verməyəcəyi isə maraq mövzusudur.