Daha bir erməni idmançı Bakıya gəlməkdən qorxdu

"Olimpiada mənim üçün vacidbir, amma həyatım daha qiymətlidir".
Erik Aqapetelyan - boksçu
Erik Aqapetelyan - boksçu

Çexiya yığmasının boksçusu Erik Aqapetelyan Bakıda iyunun 16-dan 25-nə qədər keçiriləcək lisenziyalı olimpiya turnirində iştirak etməyəcək. ANS PRESS-in məlumatına görə, erməni əsilli boksçu Azərbaycan ilə Ermənistan arasında hökm sürən müharibə şəraiti ilə bağlı bu qərara gəldiyini deyib.

"Mən Ermənistanda anadan olmuşam. Biz Azərbaycan ilə müharibə aparırıq və mən ora getməyə qorxuram. Olimpiada mənim üçün vacidbir, amma həyatım daha qiymətlidir. Ermənistan yığması da Bakıya getməkdən imtina edib". 

Erməni idmançının bu addımı Çexiya boks federasiyasının rəhbəri Svyatopluk Zaçeki hiddətləndirib. O, boksçunun qərarını biabırçılıq kimi qiymətləndirib. “Almaniya yığmasındakı ermənilər də Bakıya getməkdən qorxub”.

Gevorq Manukyan - boksçu
Gevorq Manukyan - boksçu

Ötən həftə Ukrayna yığmasının boksçusu Gevorq Manukyan da Bakıya gəlməkdən imtina etdiyini açıqlamışdı. O da gəlməməsinin səbəbini eyni faktla izah edib. 

Bir müddət əvvəl boks üzrə Ermənistan yığmasının Bakıya gəlməyəcəyi də dəqiqləşib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova ANS PRESS-ə bildirib ki, Bakıda keçiriləcək boks üzrə Dünya Olimpiya təsnifat turnirində Ermənistan yığması iştirak etməyəcək. Bu ölkənin adı Beynalxalq Boks Federasiyasının siyahısında yoxdur.

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək. Bu növdə sonuncu lisenziya yarışı "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Bu turnirdə yalnız kişi boksçular iştirak edəcək.

İlham Əliyev Bakıda erməni idmançını mükafatlandırıb
 

Şərhlər