"Bizimkilər qondarma DQR “bayrağını” cıraraq ayaq altına atıb"

Ukraynada idmançılar arasında kütləvi davaya ermənilər səbəb olub.
 Azərbaycanlı və erməni idmançılar arasında dava düşdü
Azərbaycanlı və erməni idmançılar arasında dava düşdü

"Həmişə olduğu kimi ermənilər məğlubiyyəti həzm edə bilməyiblər". Bunu ANS PRESS-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. Nazirlik rəsmisi Ukraynada Kunq FuUşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında baş verən kütləvi davaya münasibət bildirib.

O deyib ki, hadisə azərbaycanlı idmançının qələbə qazanmasından sonra baş verib.

"Erməni idmançı məğlubiyyəti həzm edə bilməyib".

"Ona görə də erməni komandası təxribata əl atıb. Onlar qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" qaldırıblar. Bu isə Azərbaycan komandasının etirazına səbəb olub və komandalar arasında dava düşüb.

Xüsusilə vurğulamaq istəyirəm ki, bizimkilər onları döyərək qaldırılan “bayrağı” əllərindən alıb cıraraq ayaq altına atıblar".  

Azərbaycanlı və erməni idmançılar arasında dava düşdü

Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub. 

Erməni idmançı rinqdən kənarda dayanan şəxsə qəfil hücum edib. Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. 

 

Şərhlər