Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı

Buna səbəb idmançılar arasında baş verən kütləvi davaya görədir.
Azərbaycanlı və erməni idmançılar arasında dava düşdü
Azərbaycanlı və erməni idmançılar arasında dava düşdü

Azərbaycan və Ermənistan yığması Lvov şəhərində Kunq-Fu və Uşu üzrə keçirilən Avropa çempionatından diskvalifikasiya olunub. Buna səbəb idmançılar arasında baş verən kütləvi davadır.

Bu barədə ANS PRESS-ə Ukraynada davada iştirak etmiş idmançı Ellər Orucov və idmançı Orxan Mehdiyevin xalası oğlu Aydın Tağıyev deyib. Qalmaqal Ermənistan yığmasının təxribata əl ataraq Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı”nı arenada qaldırılması ilə yaranıb. 

Məlumata görə, idmançımız Orxan Mehdiyev ¼ finalda erməni rəqibini məğlub edərək ½ finala adlayıb. Daha sonra daha bir idmançımız rinqə çıxıb. Lakin kənarda duran ermənilər O.Mehdiyevdən məğlubiyyəti həzm edə bilməyərək məşqçimizə və idmançılarımıza əvvəl söyüş söyüblər, sonra hücum ediblər. Döyüş sona çatmadan qarşılaşma dayanıb. Nəticədə, Azərbaycan və erməni heyətinin iştirakı ilə kütləvi dava başlayıb. İdmançılar da daxil olmaqla onlarla insanın iştirak etdiyi davada yarış keçirilən arenanın oturacaqları dağıdılıb. Lvov şəhərinin polis əməkdaşları hadisə yerinə gələrək münaqişəni sakitləşdiriblər. Ermənistan yığması azərbaycanlı idmançıları polisə şikayət ediblər. 

Yığma komandamızın Avropa çempionatından diskvalifikasiya olunmasına Gənclər və İdman Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat katibinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, Azərbaycan və Ermənistan yığmasının turnirdən kənarlaşdırılması haqqında rəsmən məlumat yoxdur. Onun sözlərinə görə, əgər belə bir qərar verilsə, iki tərəf də turnirdən çıxarılmalıdır. Əks halda, böyük konflikt yarana bilər.  

Azərbaycanlı və erməni idmançılar arasında dava düşdü

Bu, ermənilərin son bir həftədə bayraqla bağlı törətdikləri ikinci təxribatdır. Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma Dağlıq Qarabağ rejiminin bayrağını yarışın keçirildiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub.

"Eurovision" mahnı müsabiqəsinin təşkilatçıları İveta Mukuçyanın yarışın yarımfinal mərhələsində tanınmamış “Dağlıq Qarabağ Respublikasının” bayrağını qaldırdığı üçün finalçılar siyahısından çıxarıla biləcəyini bildirib.

Yarışda təxribatçı DQR bayrağı nümayiş etdirilib.

Avropa Yayım Birliyi (AYB) Ermənistan ifaçısının təxribatı ilə bağlı bəyanat yayıb. Bəyanatda AYB və qurumun nəzarət qrupu Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib. 

Bəyanatda bildirilir ki, AYB  bu cür hadisələrin “Eurovision” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərəcəyini hesab edir. Nəzarət qrupu qaydalara əsasən Ermənistanın yayım hüququ olan “AMP TV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq.

Qondarma rejimin bayrağı
Qondarma rejimin bayrağı
 

Şərhlər