Dava salan güləşçimiz cəza aldı (VİDEO)

Bu barədə qərar Azərbaycan Güləş Federasiyası tərəfindən qəbul olunub.
Azərbaycan güləşçisi Ali Maqomedabirov barədə qərar qəbul olunub.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Güləş Federasiyasının İntizam Komitəsinin iclasında Ali Maqomedabirov iştirakı ilə baş verən insidentlə bağlı məsələyə baxılıb.

Komitənin qərarına görə Ali Maqomedabirov 6 ay müddətində bütün turnirlərdə iştirak hüququndan məhrum olunub. O, həm də bu müddət ərzində maaş almayacaq.

Dava Moskvadakı Avropa Millətlər Kubokunda qarşılaşan güləşçilər arasında baş verib. Dava anına qədər təmsilçimiz 4:3 hesabla öndə olub. Güləş davam edərkən idmançılar gözlənilmədən bir-birilərini yumruqlamağa başlayıb.

125 kq çəkidə mübarizə aparan güləşçilərin davasına məşqçilər qarışıb. Məşqçilər araya girərək tərəfləri sakitləşdirə bilib. Hər iki idmançı yarışdan diskvalifikasiya edilib və yarışın nəticəsi ləğv olunub.