Dünya şöhrətli idmançı Maykl Conson Bakıda (VİDEO)

Sprinter azərbaycanlı atletlərin məşqlərinə nəzarət edir.
Dünyaca məşhur sprinter Maykl Conson Azərbaycana gəlib. ANS TV-nin məlumatına görə, onun səfərinin məqsədi azərbaycanlı atletlərin məşqlərinə nəzarət etmək, onları Avropa Oyunlarına kökləməkdir. Məşhur atlet Useyn Boltun müəllimi olan Conson, Avropa Oyunlarının köhnə qitənin idmançılarının yaddaşında silinməz iz buraxacağına əmindir.

Maykl Conson bildiridb ki, 5 aya yaxındır ki, Azərbaycan atletləri məşq edir. O idmançıları I Avropa Oyunlarına və Rioda keçiriləcək olimpiyada hazırlayır. İdmançılar haqqında fikirlərini isə belə izah etdi.

“Atletlərə cəld, güclü və dözümlü olmağı öyrədirik. Bizim işimiz atletləri yaxşı məşq etdirməkdir ki, onlar turnirlərdə yaxşı nəticəyə imza atsınlar”.