Rövnəq Abdullayev portuqaliyalı futbolçuya mükafat verdi

İlk dəfə olaraq SOCAR dünya səviyyəli bir yarışın əsas tərəfdaşlarından biri oldu.
SOCAR prezidenti Rövnəq Abdullayev Fransada azərbaycanlı azərbaycanlı azarkeşlərlə
SOCAR prezidenti Rövnəq Abdullayev Fransada azərbaycanlı azərbaycanlı azarkeşlərlə

Futbol üzrə Avropa Çempionatı başa çatdı və bu yarış Dövlət Neft Şirkəti üçün də yadda qalacaq. İlk dəfə olaraq SOCAR dünya səviyyəli bir yarışın əsas tərəfdaşlarından biri oldu.

İlk dəfə olaraq bu sponsorluq çərçivəsində stadionlarda ölkə adının görünməsinə icazə verildi və "SOCAR Energy of Azerbaijan" şüarı ilə təqdim olundu.

Ötən gün keçirilən final görüşünü isə SOCAR prezidenti və digər şirkət rəsmiləri gənc azərbaycanlı futbolçularla birgə izləyib. Şirkətin rəsmi "Facabook" səhifəsində verilən məlumata görə, ölkənin ayrı-ayrı bölgələrindən uşaq futbol məktəblərindən seçilən uşaqlar da final matçını izləmək üçün Parisə aparılıb.

SOCAR yarış üçün mükafat da təsis edib və ən yaxşı gənc futbolçu kimi Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renatu Santeş mükafata layiq görülüb.

Futbol üzrə Avropa çempionatının (Avro-2016) final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə qəbul keçirilib.

İFA-nın prezidenti Ciani İnfantino Avropa Kuboku yarışlarının təşkilatçılarına və SOCAR-a tərəfdaşlığa görə təşəkkür edib. Bu axşam Parisdə Azərbaycan qonaqpərvərliyinin şahidlərini 2020-ci ildə ölkəmizdə keçiriləcək “Avro-2020” futbol yarışlarına və bu yarışlardan əvvəl də Bakıya gəlməyə dəvət edib.

O, iştirakçıları əmin edib ki, onlar Bakıda özlərini Fransadakı kimi hiss edəcəklər.

 

Şərhlər