Bu gün Avropa çempionatının qalibi Portuqaliya yığması vətənə dönüb. ANS PRESS-in məlumatına görə, Lissabonda milli komandanı qarşılamaq üçün minlərlə insan küçələrə axışıb. Yığma komandanın futbolçularını ölkənin prezidenti rəsmi rezidensiyasına qonaq edib. Portuqallar finalda turnirin ev sahibi Fransa yığmasını məğlub edib.