Şvartsenegger və Klintondan Məhəmməd Əliyə hörmətsizlik

Onlar boksçunun dəfnində gülərək şelfi çəkdirmələri birmənalı qarşılamayıblar.
Arnold Şvartsenegger və Bill Klinton
Arnold Şvartsenegger və Bill Klinton

Dünyaca məşhur aktyor Arnold Şvartseneggerin sosial şəbəkədəki paylaşdığı şəkil qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, Kaliforniya ştatının sabiq qubernatorunun ABŞ-ın keçmiş prezidenti Bill Klinton ilə Məhəmməd Əlinin dəfnində gülərək şelfi çəkdirmələri birmənalı qarşılamayıblar.

Aktyor "Twitter" hesabında Klinton ilə şəkil paylaşaraq "Məhəməd Əlinin şərəfinə fantastik nitq söyləmiş dostum prezident Bill Klintonla görüşmək əla idi" yazıb. Şvartseneggerin bu paylaşımı sosial şəbəkənin istifadəçilərini qəzəbləndirib. 

Ötən gün dünya şöhrətli boksçu Məhəmməd Əli ilə vida mərasimi keçirilib. 74 yaşında həyatla vidalaşan boksçunun vida mərasimində minlərlə insan iştirak edib. Onların arasında müxtəlif ölkələrin dövlət rəsmiləri də olub. Əfsanəvi boksçu iyunun 4-də vəfat edib. 

 

Şərhlər