Bakı-2015-də 500-ə qədər idmançının dopinq istifadə etdiyi açıqlandı

Yarışlarda iştirak edən 6 min idmançıdan meldoniy qəbul edənlər arasında 13 medalçı var.
Bakı Olimpiya stadionu
Bakı Olimpiya stadionu

Keçən il Bakıda keçirilən birinci Avropa Oyunları zamanı 490-a yaxın idmançının meldoniy qəbul etməsi barədə xəbərlər yayılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Britaniya tibbi jurnalının (BJSM) tədqiqatına istinadən “Reuters” xəbər verib.

Avropa Oyunları zamanı keçirilən 21 idman növündən 15-ində idmançılarda meldoniy aşkar olunub.

Aparılan tədqiqat göstərib ki, yarışlarda iştirak edən 6 min idmançıdan meldoniy qəbul edənlər arasında 13 medalçı və yarışların əksər qalibləri var. Daha 66 nəfərdə həkimlər müsbət testləri aşkar ediblər. Avropa Oyunları zamanı keçirilən 21 idman növündən 15-ində idmançılarda meldoniy aşkar olunub.

"Tədqiqat bu resept preparatının idmançılar arasında geniş və səbəbsiz tətbiq olunmasına diqqət yetirir", - deyə tədqiqatçılar qeyd ediblər.

Britaniya idman tibbi jurnalının (BJSM)
Britaniya idman tibbi jurnalının (BJSM)

BJSM qeyd edir ki, tədqiqatın nəticələri Ümumdünya Antidopinq Agentliyinə (WADA) çatdırılıb və bu meldoniyadan istifadəni qadağan etmək qərarına təsir edib.

Qeyd edək ki, meldoniy Şarapova ilə yanaşı daha bir neçə məşhur rusiyalı idmançıda aşkarlanıb. 2016-cı il martın 7-də Rusiyalı tennisçi Mariya Şarapova dopinq-testi keçmədiyini bildirib. Şarapova 10 il ərzində həkimin ona yazdığı mildronat (meldoniy) preparatını qəbul etdiyini qeyd edib. Yanvarın 1-dən meldoniy WADA-nın qadağan edilmiş preparatları siyahısına düşüb.

Mariya Şarapova - Rusiyalı tennisçi
Mariya Şarapova - Rusiyalı tennisçi

Bundan sonra meldoniya izləri dopinq-sınaq zamanı daha bir neçə idmançıda müəyyən olub. Onların arasında voleybol üzrə Rusiya yığma komandasının üzvü Aleksandr Markin, fiqurist Yekaterina Bobrov, konki sürən Pavel Kulijnikov və şort-trekist Semyon Elistratovda var.