İdmanda şok - dünya çempionunun kəməri əlindən alındı

Kliçkoya qalib gələn boksçu titulunu itirdi.
Böyük Britaniyalı boksçu Tayson Fyurinintitulu əlindən alınıb.

ANS PRESS-in məlumatına görə, bir müddət öncə Vladimir Kliçkonu məğlub edərək, IBF versiyası üzrə çempionluq kəmərindən məhrum olub. Buna səbəb Fyurinin IBF versiysası üzrə çempionluq tituluna mütləq namizəd Vyaçeslav Qlazkovla döyüşdən imtina etməsidir.
Bu xəbəri IBF nümaindəsi Lindsi Taker də təsdiqləyib.

Bir müddət əvvəl Almaniyanın
Düsseldorf şəhərində
keçirilən 12 raundlu çəkişmənin nəticəsində 115-112, 115-112 və 116-111 hesabı ilə 27 yaşlı Fyuri qələbə qazanıb.

25 döyüşdə qələbə qazanan və heç birində məğlub olmayan Fyuri Kliçko ilə döyüşünün yekununda WBA, WBO, IBF və İBO-ya görə dünya çempionu kəmərinə sahib olub.